Bakıda metallurgiya sənayesi sahəsində 322,9 milyon manatlıq məhsul istehsal edilib

İqtisadiyyat Materials 15 Avqust 2023 07:56 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 322,9 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 41,9 faiz azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 81,2 faiz artım müşahidə edilib.

Bakı Şəhər Statistika İdarəsindən Trend-ə bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə metaldan konstruksiyaların istehsalı 85,1 faiz, alüminium məmulatların istahsalı 2,8 faiz, izolyasiyası olmayan çoxnaqilli məftil, tros və kabellərin istehsalı 24,0 faiz artıb, armaturun istehsalı isə 30,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti