...

Yeddi ayda 473,1 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib

İqtisadiyyat Materials 22 Avqust 2023 05:55 (UTC +04:00)
Yeddi ayda 473,1 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında 473,1 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 590,3 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 535,8 milyon dollar olmaqla 373,7 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.

Hesabat dövründə 164,2 min ton plastmas və ondan hazırlanan məmulatlar idxal edilib. İdxal edilən plastmas və ondan hazırlanan məmulatların dəyəri 301,7 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 267,9 milyon dollar olmaqla 119,1 min ton plastmas və ondan hazırlanan məmulatlar idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti