Bakı. Trend:
26 sentyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Trend AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 61.5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 35.2% çoxdur. Belə ki, 21 sentyabrda keçirilən valyuta hərracında banklar 45.5 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.