...

Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlanılır - Aydın Kərimov

İqtisadiyyat Materials 19 Oktyabr 2023 15:31 (UTC +04:00)
Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlanılır - Aydın Kərimov

Bakı. Trend:

Şuşada su, kanalizasiya, məişət tullantılarının yığılması infrastrukturu qurulub. Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlayacağıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib

"Bununla da bütün şəhər ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq. 85 şəhərdaxili küçənin adlarının verilməsi prosesi artıq başa çatdırılıb", - deyə Aydın Kərimov vurğulayıb.

Qeyd edək ki, Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq.

Şəhərdə 36,2 kilometr uzunluğunda mövcud yollarla yanaşı, həmçinin 17,6 kilometr uzunluğunda yeni yolların çəkilməsi planlaşdırılır. Eyni zamanda şəhərin baş planında ictimai nəqliyyat dayanacaqlarının yerləri müəyyən olunub. Dayanacaqlar şəhərin giriş-çıxışına mane olmayacaq şəkildə yerləşdiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti