Bakı. Trend:
“Yunion Sent” 110 ildən sonra Belçika kubokunun qalibi olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, komanda finalda “Antverpen”i məğlub edib.
Brüsselin “Boduen” stadionunda keçirilən qarşılaşmada 1 qol vurulub. Koki Maçeda “Yunion Sent”ə kuboku qazandıran topun müəllifi olub.
Qeyd edək ki, “Yunion Sent” tarixində 3-cü dəfə ölkə kubokuna sahib çıxıb. Brüssellilər 1913-cü və 1914-cü illərdə titula yiyələniblər. “Brügge” 11 uğurla rekordçudur.