Bakı. Trend:
Banqladeşdə təlim təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub.
Trend-in məlumatına görə, bu barədə ölkənin silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb.
"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" təlim qırıcısı Çittaqonqdakı Patenqada mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu xilas edilib", - deyə bildirilib.
Üçüncü pilot xəstəxanada dünyasını dəyişib. Digər ikisi isə katapultasiya edə bildikləri üçün xilas edilib.
Təyyarənin səhər saatlarında Karnapxuli çayına düşdüyü bildirilib. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.