...

ABŞ 37 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib

Dünya xəbərləri Materials 9 May 2024 23:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ 37 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

Trend-in məlumatına görə, ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun açıqlamasında bildirilib.

Məlumata əsasən, 26 müəssisə ixrac məhdudiyyəti olan malların “Rusiyaya tədarük etməsində iştirak”a görə qara siyahıya salınıb. “Bu cür addımlar ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına ziddir”, - deyə bildirilib.

Siyahıda 2023-cü ilin fevralında ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə bağlı insidentdə iştirak etdiyi iddia edilən daha səkkiz Çin şirkəti yer alıb. Daha üç şirkət analoji şarların yaradılması üçün Çinin proqramına dəstək verdiyi üçün siyahiya daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti