Bakı. Trend:
“Yelo Bank” ASC-də üçün yeni ödəmə terminallarının alışına dair açıq tender elan olunur. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə
imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı
olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı
olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu
olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə
dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya
müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və
ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya
fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix
vaxtı:
- Tender təklifləri 29 yanvar 2024-cü il, Bakı
vaxtı ilə saat 17:00-dək Bakı ş. Həsən bəy Zərdabi
81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim
edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul
edilməyəcək.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/3S3jKD1
Onlayn kredit
sifarisi ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!