...

Valyuta hərracında bankların dollar tələbi 78 milyonu ötdü

İqtisadiyyat Materials 1 Fevral 2024 14:01 (UTC +04:00)
Valyuta hərracında bankların dollar tələbi 78 milyonu ötdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

01 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 78.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 22.6% çoxdur. Belə ki, 30 yanvarda keçirilən valyuta hərracında banklar 64.2 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti