Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycandan 2,3 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 4,5% çoxdur.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 2,1 mln. ton olub. Yanvarda 30 mln.kubmetr artımla hasil edilmiş 4,3 mlrd. kubmetr qazın 2,3 mlrd.kubmetri ixrac olunub.
“Yanvarda qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5% artıb. Avropaya 1,1 mlrd. kubmetr, Türkiyəyə 0,8 mlrd. kubmetr, Gürcüstana isə 0,4 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,4 mlrd. kubmetr qaz nəql edilib”, - paylaşımda qeyd olunur.