...

Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 14,3 faiz artıb

İqtisadiyyat Materials 12 Mart 2024 05:59 (UTC +04:00)
Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 14,3 faiz artıb

Bakı. Trend:

Azərbaycan Qazaxıstanın Qafqazdakı əsas iqtisadi tərəfdaşıdır. Hər iki dövlətin inkişaf edən iqtisadiyyatı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2022-ci il ilə müqayisədə 14,3 faiz artaraq 529,4 milyon dollara çatıb. Hər iki dövlətin iqtisadi potensialı idxal-ixrac əməliyyatlarının həcminin daha da artmasına imkan verir.

Trend xəbər verir ki, qeyd olunan dövrdə Qazaxıstandan Azərbaycana edilən ixracın həcmi 21,7 faiz artaraq 456,3 milyon dollar təşkil edib. Azərbaycandan Qazaxıstana edilən ixrac isə 73,1 milyon dollar dəyərində olub.

2005-2023-cü illər ərzində qarşılıqlı investisiya qoyuluşunda da artım müşahidə edilib. Qazaxıstanda 1065 Azərbaycan şirkəti qeydə alınıb və onların yatırdıqları sərmayənin həcmi 380,8 milyon dollar həcmindədir. Azərbaycanda isə 150 Qazaxıstan şirkəti qeydə alınıb ki, onların da qoyduğu investisiyanın həcmi 116,6 milyon dollar həcmində olub.

Qazaxıstan ildə 300 milyon dollar dəyərində 100 adda məhsulu Azərbaycana ixrac etmək potensialına malikdir. Ötən ilin aprel ayında Bakıda iki ölkənin rəsmi şəxsləri tərəfindən idxal-ixrac əməliyyatlarının artırılması haqqında dəyəri 55 milyon dollar olan 8 saziş imzalanıb. Həmin sazişə əsasən ticarət dövriyyəsinin daha da artacağı gözlənilir.

Qazaxıstan yaşıl enerji istehsalı, ixracı və nəqli, tranzit və nəqliyyat sahələrində də Azərbaycanla yaxın əməkdaşlıq edir. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələr üzərində çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti