...

Azərbaycanın Türkiyədən polad idxalı 40 milyon dollara yaxınlaşıb

İqtisadiyyat Materials 7 İyun 2024 09:39 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq, 39,5 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Azərbaycana 8,6 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib. Bu analoji dövrlə müqayisədə 9,9 faiz azalma olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti