Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağı hərraca çıxarılır.
Trend-in Dövlət Xidmətinə istinadən məlumatına görə, hərrac dekabrın 19-da saat 11:00-da keçiriləcək.
Hərrac Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029 ünvanında baş tutacaq.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A)
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
Ağçay |
LOT-1 |
6000 m3 |
2.4 ha |
Üzlük daşı |
Altı ay |
657132,05 4412047,68 |
600 |
60 |
540 |