...

Azərbaycanın metallurgiya sənayesi istehsalı artıb

İqtisadiyyat Materials 17 Yanvar 2025 17:01 (UTC +04:00)
Azərbaycanın metallurgiya sənayesi istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2024-сü ildə 1349,3 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, hazır metal məmulatlarının istehsalı sahəsində 38,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1% artım müşahidə olunub.

2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1%, armatur istehsalı 28,7%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 20,4%, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 17,9% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti