...

Azərbaycan və QDİƏT arasında iqlim dəyişmələrinə qarşı mübarizədə əməkdaşlıq perspektivləri müzakirə edilib

İqtisadiyyat Materials 30 Yanvar 2025 13:20 (UTC +04:00)
Azərbaycan və QDİƏT arasında iqlim dəyişmələrinə qarşı mübarizədə əməkdaşlıq perspektivləri müzakirə edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.

Bu barədə Trend-ə Ekologiya və təbii sərvətlər nazirliyindən məlumat verilib.

Görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti