...

Əmək qabiliyyətinin sığortası üzrə yığımlar və ödənişlər artıb

İqtisadiyyat Materials 12 Fevral 2025 11:12 (UTC +04:00)
Əmək qabiliyyətinin sığortası üzrə yığımlar və ödənişlər artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmək qabiliyyətinin sığortası üzrə yığımların həcmi 3,6 milyon manata çatıb.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 199 min manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 3,4 milyon manat və ya 18 dəfə az olub.

Ötən il əmək qabiliyyətinin sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə 1,7 milyon manat və ya 87% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 52,4 min manat, yaxud da 35,7% dəfə çox olub. Belə ki, 2023-cü ildə əmək qabiliyyətinin sığortası üzrə yığımların həcmi 1,9 milyon manat, ödənişlərin həcmi isə 146,6 min manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti