Bakı. Trend:
Ötən il Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə 12,5 milyard ABŞ dolları dəyərində 5,9 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 410,7 milyon ABŞ dolları və ya 3,4%, həcm ifadəsində isə 490,7 min ton və ya 9% çoxdur.
Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 2,1 milyard ABŞ dolları dəyərində 2,3 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 275,3 milyon ABŞ dolları və ya 15%, həcm ifadəsində isə 296,6 min ton və ya 14,6% artım deməkdir.
Eyni zamanda dövr ərzində avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 10,4 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton yük idxal edilib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 135,4 milyon ABŞ dolları və ya 1,3%, həcm baxımıdan isə 194,2 min ton və ya 5,7% çoxdur.