...

Azərbaycanda 16 illik QSC-nin səhmləri dövriyyədən çıxarılır

İqtisadiyyat Materials 17 Fevral 2025 16:07 (UTC +04:00)
Azərbaycanda 16 illik QSC-nin səhmləri dövriyyədən çıxarılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“FDI International” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilati-hüquqi formasının dəyişdirilir.

Trend-in əldə etdiyi məlumata görə, QSC bu səbəbdən yenidən təşkil ediləcək.

Belə ki, “FDI International” QSC-nin təşkilati-hüquqi forması dəyişdirilərək “FDİ International” Mənzil-Tikinti Kooperativinə (MTK) çevrildiyini elan edib.

Bununla əlaqədar olaraq “FDİ İnternational” QSC-nin hər birinin nominal dəyəri 10 manat olan 200 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.

Qeyd edək ki, sözügedən şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Məhərrəmov Ramil Ələsgər oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti