Bakı. Trend:
Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar ayında 100 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 26,2 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 4,2 faiz azalma müşahidə olunub.
2025-сi ilin yanvar ayında metallurgiya sənayesi üzrə alüminium məmulatları istehsalı 13,6 faiz azalıb, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan konstruksiyaların istehsalı 52,4 faiz, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 32,5 faiz artıb.