Bakı. Trend:
Bu ilin yanvarında Azərbaycandan 12,4 milyon ABŞ dolları dəyərində 4,3 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 2,9 milyon ABŞ dolları və ya 19,2%, həcm ifadəsində isə 1,3 min ton və ya 23,6% azdır.
Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2024-сü ilin yanvar ayında 94,8 milyon manatlıq məhsul istehsal olunub.
Metallurgiya sənayesi məhsullarının istehsalında 48,7%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3% artım müşahidə olunub.