Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların miqdarı 104 min 503 ton olub.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərcin həcmi 100,4 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 27 min 574 ton və ya 35,8%, dəyər ifadəsi ilə 20,9 milyon ABŞ dolları, yaxud da 23,3% artıb.
Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların miqdarı 76 min 929 ton, dəyəri isə 89,5 milyon ABŞ dolları idi.
Qeyd edək ki, ötən ay idxal olunan qara metallar və onlardan hazırlanan məmulatlar ümumi idxalın 7,84%-ni təşkil edib.
