...

Azərbaycanda polad boru istehsalı 4 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 24 Fevral 2025 17:43 (UTC +04:00)
Azərbaycanda polad boru istehsalı 4 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 13,9 min ton olad boru istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 min ton və ya 3,9 dəfə çoxdur.

Bu ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,7 min ton təşkil edib.

Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində Azərbaycanda 2025-сi ilin yanvar ayında 100 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 26,2% artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 4,2% azalma müşahidə olunub.

2025-сi ilin yanvar ayında metallurgiya sənayesi üzrə alüminium məmulatları istehsalı 13,6% azalıb, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan konstruksiyaların istehsalı 52,4%, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 32,5% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti