...

Azərbaycan sement ixracından gəlirlərini artırıb

İqtisadiyyat Materials 25 Fevral 2025 10:19 (UTC +04:00)
Azərbaycan sement ixracından gəlirlərini artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan xaricə 68,3 min ton hazır və ya klinker formasında olan sement ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 4,25 milyon ABŞ dolları olub.

Sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 6,3 min ton və ya 10,2%, dəyər ifadəsi ilə 750 min AŞB dolları, yaxud da 21,4% artıb.

Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 62 min ton miqdarında, 3,5 milyon ABŞ dolları dəyərindı hazır və ya klinker formasında olan sement ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda 355,4 min ton beton istehsal edilib. Bu, 2024-cü ilin eyni ayındakı göstərici ilə müqayisədə 17,1 min ton və ya 5% çoxdur. Bu ilin fevalın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,8 min ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti