Bakı. Trned:
Azərbaycanda bir sıra səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılır.
Trend-in əldə etdiyi məlumata görə, hərrac aprelin 8-də saat 09:30-da baş tutacaq.
Təkrar pul hərracında satışa çıxarılacaq bir səhmin nominal qiyməti 2-4 manat arasında dəyişir.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
2025-ci il aprel ayının 8-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumatı təqdim edirik:
Sıra sayı | Səhmdar cəmiyyətinin adı və təsis tarixi |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış)
qiyməti (manat) |
İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat) |
|
sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında %-lə |
|||||||||
1 | Ağdaş Quşçuluq №463 23.03.1998 | Ağdaş rayonu, Qaradağlı kəndi | 677482.20 | 338741 | 2.00 | 101662 | 30.01 | 203324.00 | 101662.00 | 10166.20 |
2 | Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620.00 | 92 155 | 4.00 | 41295 | 44.81 | 165180.00 | 165180.00 | 16518.00 |
3 | Salyan broyler №376 26.12.2000 | Salyan rayonu, Xələc kəndi | 1120118.00 | 560059 | 2.00 | 168225 | 30.04 | 336450.00 | 168225.00 | 16822.50 |
4 | Zaqatala Fındıq №25 06.01.1998 | Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 | 838868.80 | 419434 | 2.00 | 125992 | 30.04 | 251984.00 | 125992.00 | 12599.20 |