Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 190,9 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statististika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 5,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9,0 faiz azalma müşahidə olunub.
2025-сi ilin yanvar-fevral aylarında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 13,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 11,2 faiz azalıb.