...

Culfa və Şərurda Regional Ailə Mərkəzləri tikiləcək

İqtisadiyyat Materials 19 Mart 2025 07:00 (UTC +04:00)
Culfa və Şərurda Regional Ailə Mərkəzləri tikiləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Culfa və Şərur şəhərlərində Regional Ailə Mərkəzlərinin inzibatı binaları tikiləcək.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq işlərə start verilib.

Komitə hazırda inşa olunacaq mərkəzlərin inzibati binaları üçün layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.

Bu işdə maraqlı şirkətlər aprelin sonunadək təklifləri hazırlayaraq komitəyə təqdim etməlidirlər.

Eyni zamanda komitə layihə-smeta sənədlərinin hazırlanmasının 285 756 manata başa gələcəyini porqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti