...

Azərbaycanda 2020-ci ildən bəri mənzil qiymətləri 32%-dən çox bahalaşıb

İqtisadiyyat Materials 15 Aprel 2025 11:04 (UTC +04:00)
Azərbaycanda 2020-ci ildən bəri mənzil qiymətləri 32%-dən çox bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2020-ci ilin sonu ilə müqayisədə mənzil qiymətlərində 32.4% artım olub.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib.

"2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələyib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin sonu ilə müqayisədə mənzil qiymətləri 9.9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5.9% təşkil edib.

Ümumilikdə isə, 2020-ci ildən etibarən mənzil qiymətləri 32%, sərəncamda qalan gəlirlər isə 39% artıb", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti