...

Bakıda orta aylıq nominal əmək haqqı ilə ev almaq üçün 15,7 il işləmək lazımdır

İqtisadiyyat Materials 15 Aprel 2025 11:05 (UTC +04:00)
Bakıda orta aylıq nominal əmək haqqı ilə ev almaq üçün 15,7 il işləmək lazımdır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycnada mənzil bazarı illə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 927 manat təşkil edir.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 19.5 il olmasını şərtləndirir.

Məlumata görə, Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əmək haqqına (Bakı üzrə) nisbəti isə 189 ay və ya 15.7 il təşkil edir.

"2023-cü ilin sonu ilə müqayisədə Azərbaycanda mənzil qiymətlərində artım müşahidə edilsə də, bəzi bençmark ölkələrlə müqayisədə bu temp aşağı olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, mənzil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə 9.9% artmışdır. Bu artım tempi bəzi bençmark ölkələrlə (Qazaxıstan və Özbəkistan) müqayisədə yüksək olsa da, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə aşağıdır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti