Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda metal filizləri hasilatının dəyəri 133,7 milyon manat olub.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 88,2 milyon manat və ya 2,9 dəfə çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda metal filizləri hasilatının dəyəri 45,5 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,8 milyard kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.