...

Azərbaycan alüminium ixracından gəlirini 5 milyon dollara yaxın artırıb

İqtisadiyyat Materials 19 Aprel 2025 11:40 (UTC +04:00)
Azərbaycan alüminium ixracından gəlirini 5 milyon dollara yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 53 milyon ABŞ dolları dəyərində 18,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 4,9 milyon ABŞ dolları və ya 10,2% çox, həcm ifadəsində isə 125 ton və ya 0,7% azdır.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0,83%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 6,87%-ni təşkil edib.

Bundan əlavə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 48 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 15,5 milyon ABŞ dolları və ya 47,8% çoxdur.

Dövr ərzində alüminium və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 0,85%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti