...

Azərbaycan qara metalların ixracından gəlirini 9 milyon dollardan çox artırıb

İqtisadiyyat Materials 19 Aprel 2025 11:41 (UTC +04:00)
Azərbaycan qara metalların ixracından gəlirini 9 milyon dollardan çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 20,9 milyon ABŞ dolları dəyərində 18,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 9,1 milyon ABŞ dolları və ya 76,8%, həcm ifadəsində isə 8 min ton və ya 76,9% çoxdur.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0,33%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 2,71%-ni təşkil edib.

Bundan əlavə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 276,3 milyon ABŞ dolları dəyərində 279,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal olunub. Bu da əvvəlki ilin eyni aylarındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 11,8 milyon ABŞ dolları və ya 4,1% az, həcm ifadəsində isə 25,6 min ton və ya 10,1% çoxdur.

Dövr ərzində qara metallar və onlardan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 4,88%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti