Bakı. Trend:
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 56,4 min ton polad boru istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,3 min ton və ya 65,4% çoxdur.
Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,6 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 418 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 12,7%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,7% azalma müşahidə olunub.