Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan Yunanıstana 206,5 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 115,5 milyon ABŞ dolları olub.
Yunanıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 46,3 milyon kubmetr və ya 28,9%, dəyər ifadəsi ilə 37,1 milyon ABŞ dolları, yaxud da 47,3% artıb.
Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Yunanıstana 160,2 milyon kubmetr həcmində, 78,4 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.