Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan Bolqarıstana 284 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 99,9 milyon ABŞ dolları olub.
Bolqarıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 149,9 milyon kubmetr və ya 34,5%, dəyər ifadəsi ilə 42,5 milyon ABŞ dolları, yaxud da 29,8% azalıb.
Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 433,9 milyon kubmetr həcmində, 142,4 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, cari ilin birinci rübündə Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.