...

Azərbaycana idxal olunan yük avtomobillərinin qiyməti 28%-ə yaxın ucuzlaşıb

İqtisadiyyat Materials 22 May 2025 13:43 (UTC +04:00)
Azərbaycana idxal olunan yük avtomobillərinin qiyməti 28%-ə yaxın ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 2 613 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda nəqliyyat vasitələrinin idxalına çəkilən xərc 33,4 milyon ABŞ dolları olub.

Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müayisədə miqdar ifadəsi ilə 14 ədəd və ya 0,5%, dəyər ifadəsi ilə 12,9 milyon ABŞ dolları, yaxud da 27,9% azalıb.

Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycana 46,3 milyon ABŞ dolları dəyərində 2 627 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri gətirilib.

Cari ilin hesabat dövründə idxal olunan bir ədəd yük avtomobilinin orta idxal qiyməti 12 min 764 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 4 min 868 ABŞ dolları və ya 27,6% ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 17 min 632 ABŞ dolları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti