...

Azad edilmiş ərazilərdə tikintisi aparılan magistral qaz kəmərləri açıqlandı

İqtisadiyyat Materials 30 May 2025 14:37 (UTC +04:00)
Azad edilmiş ərazilərdə tikintisi aparılan magistral qaz kəmərləri açıqlandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində SOCAR tərəfindən qaz nəql sisteminin mərhələli şəkildə yenidən qurulması üçün əsasən 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi aparılır.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi Qrupunun iclasında Qaz ixrac idarəsinin rəisinin birinci müavini Sərxan Babaşov deyib.

S.Babaşov bildirib ki, tikintisi aparılan magistral qaz kəmərləri bunlardır:

"Laçın istiqaməti üzrə - "Horadiz-Laçın" qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla "Cəbrayıl QPS", "Zəngilan QPS", "Mincivan QPS", "Qubadlı QPS" və "Laçın QPS" qaz kəməri qollarının tikintisi.

Şuşa istiqaməti üzrə - "Böyük Bəhmənli-Şuşa" magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan "Füzuli" və "Ağoğlan (Hadrut)" qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq "Şuşa", "Füzuli" və "Ağoğlan" qaz paylayıcı stansiyaların tikintisi.

Ağdam istiqaməti üzrə - "Azadqaraqoyunlu-Ağdam" qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla "Ağdam QPS" qaz kəməri qolunun tikintisi" və "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 33÷46-cı km hissəsinin yenidən qurulması.

Kəlbəcər istiqaməti üzrə - "Ağdam-Kəlbəcər" qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla "Kəlbəcər QPS" qaz kəməri qolunun tikintisi.

Hazırda Laçın Qazpaylayıcı Stansiyası (QPS) üzrə tikinti işlərinin 93 faizi, Mincivan QPS üzrə 45 faizi, Cəbrayıl QPS üzrə 29 faizi, Zəngilan QPS üzrə isə 18 faizi, Füzuli QPS-nin 99 faizi, Şuşa QPS-nin 92 faizi, Ağoğlan QPS-nin 82 faizi, Ağdam QPS-nin 99 faizi, Kəlbəcər QPS-nin 80 faizi tamamlanıb. 2025-ci ildə “Laçın-Qorçu” qaz kəmərinin və həmin kəmərdən ayrılmaqla “Qoşasu” qaz kəmərinin, Mincivan-Ağbənd qaz kəmərinin və qaztənzimləyici mətəqəsinin tikintisi planlaşdırılır".

Xəbər lenti

Xəbər lenti