Bakı. Trend:
Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmlərə investisiyaları 22,710 milyard manat olub.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 3,219 milyard manat və ya 16,5% çoxdur. Belə ki, 2023-cü ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) səhmlərə investisiyaları 19,491 milyard manat olmuşdu.
Qeyd edək ki, ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Fond büdcədənkənar, ayrıca dövlət təsisatıdır.