...

Azərbaycanla Keniya arasında energetika sahəsinə dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 22 İyul 2025 13:38 (UTC +04:00)
Azərbaycanla Keniya arasında energetika sahəsinə dair Anlaşma Memorandumu imzalanıb (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Keniya arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirdik. Görüş çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Sənəd neft və qaz, o cümlədən, LNG, Elektrik Enerjisi və Bərpa Olunan Enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımdır", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti