Bakı. Trend:
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 180,7 min ton polad boru istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 94,8 min ton və ya 2,1 dəfə çoxdur.
Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,2 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 1,052 milyard manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 10 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.
