...

BƏƏ Azərbaycan şirkətlərini qlobal bazarlara çıxarmaq üçün qida mərkəzi rolunu təklif edir (ÖZƏL)

İqtisadiyyat Materials 16 Fevral 2026 11:56 (UTC +04:00)
BƏƏ Azərbaycan şirkətlərini qlobal bazarlara çıxarmaq üçün qida mərkəzi rolunu təklif edir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan şirkətlərini ölkəyə dəvət edir və BƏƏ-ni qlobal bazarlara ixrac üçün bir qida mərkəzi (hub) kimi istifadə etmələrini istəyir.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qida və İçkilər üzrə Biznes Qrupunun Baş katibi Abdul Vahid bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masası çərçivəsində Trend-ə açıqlamasında deyib.

"Mən Qida və İçkilər üzrə Biznes Qrupunu təmsil edirəm. Bu qurum qida şirkətləri ilə hökumət və ixrac strukturları arasında bütün qarşılıqlı əlaqələrin qurulmasını və koordinasiyasını həyata keçirir. Burada olmağımızın əsas məqsədi Azərbaycan şirkətlərinin BƏƏ-dəki şirkətlərlə daha sıx əlaqələr qurmasını təmin etməkdir. Biz istəyirik ki, Azərbaycan şirkətləri BƏƏ-yə gəlsin, fəaliyyətlərini burada qursun və BƏƏ-ni qlobal bazarlara ixrac üçün bir qida mərkəzi (hub) kimi istifadə etsinlər", - o bildirib.

A. Vahid eyni zamanda vurğulayıb ki, BƏƏ brendlərinin Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq edərək qida sahəsində keyfiyyəti və mükəmməlliyi növbəti mərhələyə daşıması hədəfləyirlər: "Biz burada çox maraqlı bir tərəfdaşlıq potensialı görürük. Məsələn, buradakı bir bölgədən çıxarılan təbii mineral su diqqətimizi çəkdi və həmin məhsulun BƏƏ bazarına daxil olmaq istəyi var.
Biz "Azərsun Holding" şirkəti ilə də əməkdaşlıq etmişik. Bu şirkətin BƏƏ-də də iri investisiyaları mövcuddur və biz bu münasibətlərin daha da genişlənməsində maraqlıyıq. Bununla yanaşı, investisiya axtaran digər qurumlar da var – ət məhsullarının ixracı, nar ixracı kimi sahələr gündəmdədir. Burada bir şirkətlə də görüşdük və bu, mənim üçün çox maraqlı oldu".

Bu günə qədər BƏƏ tərəfindən Azərbaycana yatırılan investisiyaların dəqiq məbləğini dəqiq rəqəmlərlə ifadə edə bilməyəcəyini söyləyən BƏƏ-li nümayəndə qeyd edib ki, Azərbaycan şirkətləri ilə BƏƏ arasında çox güclü və möhkəm əlaqələr mövcuddur: "İndi bu münasibətlərin daha da güclənməsi nəticəsində BƏƏ-yə yönələn investisiyaların artması gözlənilir. Bunun üçün əsas şərt mövcud imkanların daha aydın və görünən olmasıdır. İmkanlar nə qədər aydın təqdim olunsa, maraq da bir o qədər artacaq.
Qida təhlükəsizliyi baxımından da bu əməkdaşlıq çox önəmlidir. Azərbaycan kimi güclü ilkin istehsal potensialına malik ölkələrlə BƏƏ arasında möhkəm münasibətlərin qurulması hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti