...

Azərbaycanda 55 min tondan çox pambıq yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabrın 10-da Azərbaycanda ümumi pambıq yığımı 55,3 min ton təşkil edib. Ölkənin əsas pambıqçılıq rayonları olan Saatlıda 12 min ton, İmişlidə 7,2 min ton, Sabirabadda 5 min ton, Biləsuvarda 6,5 min ton, Bərdədə 4,2 min ton, Beyləqanda 4 min ton pambıq yığılıb. Ölkənin ümumi pambıq istehsalının 70,1%-i bu rayonların payına düşüb.

Ötən həftə sahələrdən 14,1 min ton pambıq yığılıb. Məhsul yığımının sürəti ötən ilin 31,5% göstəricisini ötüb. Pambıqçılıq təsərrüfatları arasında aparılan sorğunun nəticələri göstərib ki, pambıq yığımını itkisiz həyata keçirmək mümkün olduğu halda, məhsulun ümumi həcmi 126 min tona çata bilər.

Azərbaycanda pambıq 21 rayonda, Salyan-Muğan, Qarabağ və Şirvan iqtisadi rayonlarında yetişdirilir. 2007-ci il üçün Azərbaycanda pambıq istehsalı 76 min ha sahədə 100 min ton səviyyəsində proqnozlaşdırılıb.

2006-cı ildə Azərbaycanda 103 min ton pambıq istehsal olunub, məhsuldarlıq bir hektar üçün 13 sentner təşkil edib.

Xəbər lenti

Xəbər lenti