...

Əmək naziri: "Azərbaycanın əmək ehtiyatları ölkə iqtisadiyyatının tələblərinə cavab vermir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 14:54 (UTC +04:00)
Əmək naziri: "Azərbaycanın əmək ehtiyatları ölkə iqtisadiyyatının tələblərinə cavab vermir"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Cümə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun verdiyi məlumata görə, Azərbaycanın əmək ehtiyatları ölkə iqtisadiyyatının tədəblərinə cavab vermir.

"Yüksək təhsilli gənclər ixtisasına uyğun iş tapa bilmir" - deyə Ələkbərov bildirib.

Nazinin sözlərinə görə, Azərbaycanda işsizlik problemi yoxdur, ölkənin əsas problemi ixtisaslı kadrların çatışmazlığıdır. Nazirlik bu vəziyyətin aradan qaldırılması istiqamətində iş aparır.

Ələkbərovun sözlərinə görə, ixtisaslaşdırılmış vakant yerlərə xarici kadrların böyük axını da problemlərdən birdir.

"Nazirliyin məqsədi Azərbaycan gənclərinin ixtisaslarına uyğun iş yerləri ilə təmin edilməsi üçün, əmək ehtiyatlarının keyfiyyətinin artırılmasına nail olmaqdır" - deyə nazir bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrın 1-inə Azərbaycanda rəsmi olaraq 51 352 işsiz qeydə alınıb. Ölkədə bir vakant yer üçün dörd nəfər mübarizə aparır.

Yanvar-sentyabr ayları ərzində əmək qabiliyyətli əhalinin sayı 4289,4 min nəfər təşkil edib, onlardan 4001,5 min nəfəri əmək fəaliyyəti ilə məşğuldur. 1297 min nəfər muzdla işləyir.

İsizliyə görə alınan müavinətin orta həcmi 74,1 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti