...

Prezident İlham Əliyev Azərbaycanda inflyasiyanın artmasından narahat olduğunu bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 17:52 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanda inflyasiyanın artmasından narahat olduğunu bildirib

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova, S.Əliyev / Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin son doqquz ay ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıya qoyulmuş tapşırıqlara həsr olunmuş iclası keçirilib.

Dövlət başçısının sözlərinə görə, yanvar-sentyabr ayları ərzində Azərbaycanın iqtisadi inkişafı 27% təşkil edib, sənaye istehsalının da artımı eyni səviyyədə olub.

"Bizi daha çox infilyasiyanın16% təşkil etməsi, ərzaq məhsullarının 15% bahalaşması narahat edir. Bu bizi, əlbəttə ki, narahat edir və biz inflyasiyanın maksimum dərəcədə aşağı səviyyəyə qədər endirimək üçün çalışacağıq" - deyə Əliyev bildirib.

Prezidentin fikrincə, infilyasiyanın artması üçün bir çox obyektiv amillər mövcuddur, dünyada neftin dəyərinin artması, Azərbaycana idxal olunan məhsulların bahalaşması. MDB dövlətlərində infilyasiya yüksək templərlə artır. Bir sıra ölkələrdə məhsulların bahalışması 40-50% təşkil edir.

"Bahalaşma mənfi nəticələr doğurduğu üçün, biz bu proseslə barışmaq niyyətində deyilik" - deyə prezident bildirib.

Bununla yanaşı, subyektiv səbəblər də mövcuddur və hökumət bu səbəbləri aradan qaldırmağa çalışmalıdır. Bu səbəblərə, əsasən, dövlət başçısının fiikrincə, inhisar, qeyri-sağlam rəqabət daxildir ki, bu da bahalaşmaya gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti