...

BVF 2008-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin aşağı düşəcəyini proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 18:47 (UTC +04:00)
BVF 2008-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin aşağı düşəcəyini proqnozlaşdırır

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Valyuta Fondu 2008-ci ildə, Azərbaycanda ÜDM-in real artımının 2007-ci ilin 29,3% göstəricisi ilə müqayisədə, 23,2% təşkil edəcəyəni proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2007 - 2008-ci illərdə Azərbaycanda inflyasiya göstəricisi ikirəqəmli ədəd olacaq. İstehlak qiymətlərinin artımı isə, 2008-ci ildə, 2007-ci ilin 16,6% göstəricisi ilə müqayisədə,17% təşkil edəcək.

Azərbaycanın cari ödəmə balansının gələn il, 2007-ci ilin 31,4% göstəricisi ilə müqayisədə, 39,9% təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti