...

AZPROMO 2008-ci ildə ixrac müqavilələrinin imzalanmasını prioritet sayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın İxrac və İnvestisiyaların Həvəsləndirilməsi Fondu (AZPROMO) tərəfindən təşkil edilən biznes-forumların nəticələrinə görə, 2007-ci ildə 60 mln. dollardan çox dəyərə malik 30 müqavilə imzalanıb. Bu barədə cümə axşamı Fondun prezidenti Emil Məcidov məlumat verib. "Təəssüf ki, mənfi cəhətlər də var. Belə ki, müqavilələrin böyük hissəsi ticarət sferasında, idxal əməliyyatları üzrə bağlanıb. Ümumi müqavilələrdə ixracın payı 10-15% təşkil edib"-Məcidov bildirib. Növbəti ildə əsas güc ixrac sazişlərinin sayının artırılmasına yönəldiləcək. Almaniya, Koreya, İtaliya, Çin, Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrdə prioritetlər var. Məcidovun rəyinə görə, ABŞ tərəfdaş münasibətlərini genişləndirmək üçün maraqlı ölkədir. Lakin məsafənin uzunluğu səbəbindən, ixracçılar və idxalçılar üçün problemlər yaranır. AZPROMO 2008-ci ildə 25 tədbir keçirməyi planlaşdırıb. Bu il 30-35 tədbirin keçirlməsi planlaşdırılsa da, tədbirlərin sayı 40-ı ötüb. "Konfrans və forumların sayının azaldılmasının zərərinə olmasına baxmayaraq, qarşıya, növbəti ildə bu işlərə 30%-dən artıq vaxt sərf etməmək vəzifəsi qoyulub. Belə ki, Fondun əsas diqqəti bağlanan müqavilələrin sayının artırılmasına yönəldiləcək" -Fond rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti