...

Dünya Bankı Azərbaycanda CAPSAP layihəsi üzrə danışıqların tarixini təyin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti və Dünya Bankı arasında Azərbaycanın korporativ və dövlət sektorunda hesabatlılıq layihəsi üzrə (CAPSAP) danışıqlar fevralın 14-də Bakıda keçiriləcək. Layihənin dəyəri $25 mln.-dır. Bu barədə bazar ertəsi Bankın Bakı nümayəndəliyindən məlumat veriblər.

Bank bu layihə üçün Beynəlxalq İnkişaf Assosiasiyası xətti ilə (10 ili güzəştli olmaqla, 35 illik və 0,75 illik faiz dərəcəsi ilə) $11 mln. məbləğində kredit təqdim edəcək. Layihənin qalan hissəsinin Yaponiyanın PHRD Fondunun, İsveçrənin iqtisadi əməkdaşlıq üzrə Dövlət Katibliyi (Seco) və Avropa İttifaqının qrantları, həmçinin, hökumət payı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Layihəyə üç komponent daxildir. Birinci komponent çərçivəsində, korporativ sektorda mühasibət uçotunda islahatlar, o cümlədən ictimai əhəmiyyətli təşkilatlarda Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının (BMHS) tətbiqi, Audit haqqında yeni Qanunun hazırlanmasına və qəbuluna, Audit Palatasının inkişafı və islahatlar aparılmasına yardım nəzərdə tutulur. İkinci komponent dövlət sektorunda mühasibat uçotu sistemininin dəyişdirilməsini güman edir.

Üçüncü komponentdə Araşdırmalar Mərkəzinin, Azərbaycanda mühasibatın təhsil və peşə tədrisinin yaradılması, BMHS-nin tərcüməsi, mühasibat uçotunun milli standartlarının hazırlanması, BMHS-ə keçid üzrə proqramların dəstəklənməsi, mühasib və auditorların yeni alətlərlə təminatı, treninqlərin keçirilməsi üzrə xüsusi proqramların dəstəklənməsi nəzərdə tutulur.

Azərbaycanda 20 ictimai əhəmiyyətli təşkilat tərəfindən 2008-ci ildən BHMS-in tətbiqinə başlanılıb və beynəlxalq standartlar üzrə ilk hesabatlar mayadək hazırlanmalıdırlar. "Mühasibat uçotu haqqında" yeni Qanuna müvafiq olaraq, 2007-ci ilin sonunadək kommersiya təşkilatlarında milli mühasibat uçotu standartlarının tətbiqi başa çatmalıydı. Büdcə və qeyri-hökumət təşkilatları bu prosesi 2008-ci ilin sonunadək başa çatdırmalıdırlar.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti