...

Azərbaycanın sığorta şirkəti filial şəbəkəsi üçün əməkdaş qəbulu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / " müxbir U.İsmayılova/ Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "Pasa Sigorta" Sumqayıt filialı üçün əməkdaş qəbulu elan edib. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.

"Pasa Sigorta"dan verilən məlumata görə, şirkət üç vəzifə üzrə vakansiya elan edib:

- korporativ sığorta üzrə nümayəndə,

- fərdi sığorta üzrə assistent,

- inzibati assistent.

"Pasa Sigorta" şirkəti Azərbaycanın sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir və 29 formada sığorta xidməti təqdim edir. Ötən il şirkət "Moody International Certification Services"dən idarəetmə sertifikatı alıb. Şirkətin Nizamnamə kapitalı 4 mln. manat təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti