...

Azərbaycanda yeni broker şirkəti fəaliyyətə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / " müxbir U.İsmayılova/ Yeni broker şirkəti olan "Kapital Partners" Bakı Fond Birjasında ilk broker əməliyyatını həyata keçirib. Bu barədə təşkilatın cümə günü yayılan məlumatında bildirilir.

"Kapital Partners" MMC 2008-ci il martın 7-də AR Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker lisenziyasını alıb. Şirkətin Nizamnamə kapitalı 80 min manat təşkil edir.

"Rabitabank" ASC tərəfindən təsis edilən "Kapital Partners" broker şirkəti Bakı Fond Birjasının üzvüdür.

"Ölkədə broker xidmətləri göstərəcək "Kapital Partners" şirkəti qısa müddətdə Qiymətli Kağızlar bazarının fəal peşəkar iştirakçısına çevrilmək niyyətindədir" - deyə məlumatda bildirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti