...

Azərbaycanın iri sığorta şirkəti 2007-ci ilin fəaliyyət yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2008 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / " müxbir U.İsmayılova/ Azərbaycanın iri sığorta şirkəti "MBASK" 2007-ci ilin yekunları üzrə sığorta haqlarını iki dəfə artıraraq, 15 mln. manata çatdırıb. Bu barədə şi rkətin çərşənbə günü yayılan məlumatında bildirilir.

Sığorta haqlarının yığımı üzrə daha çox artım - 9,409 mln. manat nəqliyyat vasitələri sığortasının payına düşüb ki, bu da 2006-cı ilin göstəricilərindən 60 faiz və ya 5,6 mln. manat çoxdur.

Məlumatda bildrilir ki, bazarın təhlili MBASK-ın hazırkı seqment üzrə lider olduğunu təsdiq edir.

Həyat sığortası üzrə sığorta haqqı artımı 1,4 mln. manat (İl ərzində 100 faiz artım) təşkil edib.

Artım əmlak sığortasında da müşahidə olunub - 1,6 mln. manat. Hazırkı seqment üzrə sığorta haqlarının həcmi 2006-cı ilin göstəricisi ilə müqayisədə iki dəfə (868,1 min manat) artıb.

Şirkət ekspertləri qeyd edirlər ki, sığorta haqları həcminin artımı, bir universal şirkət kimi, MBASK-ın inkişaf üzrə strategiyasının reallaşdırılması hesabına mümkün olub.

Ötən il şirkətin sığorta ödəmələri 2006-cı ilin göstəriciləri ilə müqayisədə 31,4 faiz artıb (1,034 mln. manat) və 3,3 mln. manat təşkil edib.

Ötən il ən böyük ödəmə əmlak sığortası üzrə razılaşma çərçivəsində həyta keçirilib və 166, 4 min manat ($192,4) təşkil edib.

1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK sığortanın 29 növü üzrə xidmət göstərir. Onlardan dördü icbari sığortadır. Şirkətin Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. MBASK səhmlərinin üçdə bir faizi 2005-ci ilin yanvar ayından Avropa Yenidənqurma və İnkişaf Bankına aiddir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti