...

Azərbaycanın qərb regionunda taxıl əkini həmin bölgədə əhalinin bu məhsula olan tələbatını 70 faiz ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Gəncə, 24 aprel / Trend , müxbir V.Məmmədov/ Bu il ölkənin qərb egionunda əkilən taxıl bölgə əhalisinin tələbatının 70 faizini ödəyəcək. Bu barədə Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov məlumat verib.

"Bu il qərb bölgəsində əkin sahələrindən təxminən 100 min tondan artıq məhsul gözlənilir. Hesablamamıza görə, bölgədə 700 mindən çox əhali yaşayır. Hər bir nəfərin illik normasının 200 kq taxıl olduğunu ehtimal etsək, onda bölgə əhalisinin illik tələbatı üçün 140 min ton taxıl lazımdır" -deyə o bildirib.

Abbasovun sözlərinə görə, bu gün regionda taxıl əkini sahələri təxminən 45 min hektara çatıb ki, bunun da 30,1 min hektarını buğda təşkil edir.

Ötən il regionda buğda əkini təxminən 38 min ha ərazidə həyata keçirilib ki, bunun da 25,3 ha-ı buğdanın payına düşüb. Regionda taxıl istehsalı təxminən 92 min ton təşkil edib. Bu göstəricinin təxminən 63 min tonu buğdanın payına düşüb.

İdarə rəhbəri bildirib ki, bu gün regionda məhsuldarlıq hər hektara 24,5-25 sentener təşkil edir. Əgər bu göstəricini 30 sentenerə çatdırmaq mümkün olarsa, qərb regionunda tağıla tələbat tam ödənmiş olacaq.

Gəncə, Samux, Yevlax, Tovuz, Şəmkir, Xanlar, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy və Goranboy Azərbaycanın qərb regionlarına daxildir.

Xəbər lenti

Xəbər lenti